...

ABŞ-də bir İLK: Döyüş gəmisi süni intellektlə təchiz olundu

Dünya xəbərləri Materials 30 Yanvar 2025 14:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbi dəniz qüvvələrinin esminesi Amerikanın süni intellektə əsaslanan ilk hərbi donanma gəmisinə çevrilib. Sözügedən kompleks gəminin bütün sistemlərinin işini idarə edir.

Trend xəbər verir ki, bu barədə “Fathom5” şirkətinin baş direktoru Zak Steyplz Amerikanın “The War Zone” nəşrinə verdiyi açıqlamada bildirib.

ERM v4 süni intellekt sistemi hərbi gəminin korpusu, bütün mexanikası və elektron avadanlıqları ilə əlaqəli 10 min müxtəlif parametrlərin və göstəricilərin daimi monitorinqini aparır. Süni intellektin alqoritmi müxtəlif şəraitlərdə esminesin qulluğu ilə bağlı tövsiyələr verir və potensial nasazlıqlar haqda öncədən məlumatlandırır.

Steyplz bu sistemin 2025-ci ilin sonuna kimi daha bir və ya iki hərbi donanma gəmisinə quraşdırılacağını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti