Bakı. Trend:
İsrail hakimiyyəti ölkəni BMT-nin İnsan Haqları Şurasından çıxarmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə İsrail xarici işlər naziri Qideon Saar bildirib.
"BMT-nin İnsan Haqları Şurası ənənəvi olaraq insan hüquqları pozucularını onlara yönələn nəzarətdən yayınmağa imkan verməklə onları qoruyub", - deyə nazir bildirib.
QSaarın sözlərinə görə, BMT-nin İnsan Haqları Şurası İsrailə qarşı hücumlara və antisemitizmin yayılmasına yönəlib.