...

ABŞ dövlət katibi Qəzza əhalisinin köçürülməsi məsələsinə aydınlıq gətirib

Dünya xəbərləri Materials 6 Fevral 2025 20:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ prezidenti Donald Trampın Qəzza əhalisinin köçürülməsi təklifini irəli sürəndə o yalnız müvəqqəti köçürülməni nəzərdə tutub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Qvatemalaya səfəri zamanı bildirib.

Marko Rubionun sözlərinə görə, Trampın birmənalı qarşılanmayan bu təklifi heç də məkrli məqsəd daşımayıb və Birləşmiş Ştatların bölgədə yenidənqurma işlərini öz üzərinə götürmək iradəsini sərgiləyən xoşməramlı bir addım olub.

Müdafiə naziri bildirib ki, Qəzzada dağıntıların təmizlənməsi və yenidənqurma işləri aparılana qədər əhalinin müvəqqəti relokasiyasından söz gedir.

Bu arada Ağ Evin mətbuat katibi Kerolayn Levitt də prezidentin Qəzzanın yenidən qurulmasında və proses zamanı əhalinin müvəqqəti olaraq köçürülməsində qətiyyətli olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti