...

Azərbaycanlıların Türkiyədə əmlak alışı azalır – Son statistikalar

Dünya xəbərləri Materials 14 Fevral 2025 16:42 (UTC +04:00)
Azərbaycanlıların Türkiyədə əmlak alışı azalır – Son statistikalar

Bakı. Trend:

2025-ci ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 50 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 obyekt azdır.

Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyədə əmlak satışları 2024-cü ilə nəzərən 39,7 faiz artaraq 112 min 173 olub.

2025-cü ilin yanvar ayında əcnəbi vətəndaşlara satılan əmlakların sayı 2024-cü illə müqayisədə 24,9 faiz azalaraq 547 olub.

Xəbər lenti

Xəbər lenti