...

Səudiyyə Ərəbistanı Putin ilə Tramp arasında danışıqlara ev sahibliyi etməyə razılıq verib

Dünya xəbərləri Materials 15 Fevral 2025 04:55 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Putin ilə Tramp arasında danışıqlara ev sahibliyi etməyə razılıq verib

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşə öz ərazisində ev sahibliyi etmək təklifini alqışlayıb.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bildirib.

Ölkə rəhbərliyi siyasətçilərin fevralın 12-də apardıqları telefon danışığını, həmçinin Səudiyyə Ərəbistanında onların iştirakı ilə sammitin keçirilməsinin mümkünlüyü barədə bəyanatı alqışlayıb.

"Krallıq Səudiyyə Ərəbistanında keçirilən sammiti alqışlayır və Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün davam edən səylərini təsdiqləyir", - deyə qeyd olunub.

Xarici İşlər Nazirliyi xatırladıb ki, krallıq artıq Kiyev və Moskvaya böhranın siyasi həllinə nail olmaq üçün “yaxşı xidmətlərini” təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti