...

Rusiyanın bu şəhərlərində aeroportlara qoyulmuş qadağa aradan qaldırılıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 Fevral 2025 10:42 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Həştərxan, Vladiqafqaz və Qroznı şəhər hava limanlarında hava gəmilərinin uçuş və enişinə qoyulmuş qadağa aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayı.

Məlumata görə, “Nərimanov”, “Beslan” və “Severnıy” aeroportlarında uçuş məhdudiyyətlərinin Bakı vaxtı ilə 09:45-də ləğv olunub.

Qeyd edək ki, bundan öncə Rusiyanın 7 aeroportunda dron hücumu təhlükəsinə görə “Xalça” planının tətbiq olunduğu barədə məlumat yayılmışdı.

xxx

09:15

Rusiyanın yeddi hava limanında “Xalça” planı tətbiq olunub, təyyarələrin eniş və uçuşu qadağan edilib.

Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, uçuş və enişlərə qoyulmuş qadağa Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk aerportlarında qüvvəyə minib.

Buna səbəb hava məkanında pilotsuz uçan aparatların olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti