Bakı. Trend:
Türkiyənin 39 vilayətində FETÖ ilə əlaqədə olmaqda şübhəli bilinən 103 nəfər saxlanılıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir qeyd edib ki, əməliyyat bir həftə ərzində həyata keçirilib.
Qeyd edək ki, Türkiyədə 2024-cü ilin əvvəlindən etibarən İŞİD, FETÖ və PKK-ya qarşı 51.000-dən çox əməliyyat keçirilib.