...

Cənubi Koreyada körpü uçub: Ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 25 Fevral 2025 09:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Cənubi Koreyanın Çeonan şəhərində magistral yollardan birində tikilən körpünün bir hissəsi uçub.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, hadisə körpünün 50 metr uzunluqda olan polad konstruksiyalarının kranla qaldırılması zamanı baş verib.

Hadisə nəticəsində azı 2 nəfərin həlak olduğu, dördü ağır vəziyyətdə olmaqla beş nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə cəlb olunan xilasedicilər dağıntılar altında qaldığı güman edilən 3 inşaat işçsinin axtarışını həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti