Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Qəzza bölgəsində yenidənqurma və bərpa işləri üzrə planın müzakirəsi üçün ən yaxın zamanda iri inşaat və layihələndirmə şirkətlərinin də iştirak edəcəyi zirvə toplantısı keçirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa istinadən məlumat yayıb.
“Biz yəqin ki, ən qısa zamanda Yaxın Şərq regionunun ən iri inşaat şirkətləri, bir çox ərəb developerləri və layihələndirmə şirkətləri ilə sammit keçirəcəyik”, - Stiven Uitkoffa deyib.
Uitkoffun sözlərinə görə, Qəzza sakinlərinin problemlərinin daimi həlli prosesində iştirak etmək məqsədilə bir çox ölkələr ABŞ hökumətinə müraciət edib: "Söhbət Qəzza sakinlərinin köçürülməsindən getməsə də, anklavın tam bərpasının təxminən 10-15 il çəkəcəyi nəzərə alınsa, əhalinin həmin müddət ərzində orada qalması qeyri-praktik olacaq".