Bakı. Trend:
İsrailin yüzlərlə fələstinli məhbusu sərbəst buraxmasının əvəzində HƏMAS 4 israilli əsirin meyitini qaytaracaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə HƏMAS rəsmisi Əbdül Lətif əl-Qanu deyib.
HƏMAS rəsmisinin bu açıqlaması Qəzzada atəşkəslə bağlı fələstinli hərəkatla İsrail hökuməti arasında bağlanmış atəşkəs sazişinin birinci mərhələsinin başa çatmasına sayılı günlərin qalması fonunda verilib.
İsrail tərəfi ötən şənbə 600-ə yaxın fələstinli məhbusu azad etməli olsa da, HƏMAS-ın azad etdiyi əsirlərə qarşı amansız münasibətin göstərilməsini əsas götürərək, bu prosesi dayandırıb.
HƏMAS rəsmi Təl-Əvivin bu addımını atəşkəs razılaşmasının şərtlərinin kobudcasına pozulması kimi dəyərləndirib və vəd olunduğu kimi fələstinli məhbusların növbəti partiyası azad edilməyənə qədər ikinci mərhələ üzrə danışıqların başlamasının mümkünsüz olduğunu bildirib.