Bakı. Trend:
"HƏMAS" hərəkatı tərəfindən saxlanılan 4 israilli girovun cəsədi Kerem Şalom keçid məntəqəsində Qırmızı Xaça təhvil verilib.
Trend-in məlumatına görə, bu barədə "Times of Israel" nəşri İsrailin təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən xəbər verib.
"Ölən dörd girov Qırmızı Xaça təhvil verilib", - deyə bildirilib.
İsrail KİV-ləri qeyd ediblər ki, nəzarət-buraxılış məntəqəsi yaxınlığında məhkəmə-tibb və hökumət rəsmiləri maşınları girovların cəsədlərini gözləyir.
İsrailin HƏMAS-ın faktiki olaraq girov saxlanılanların qalıqlarını qaytarıb- qaytarmadığını müəyyən etmək üçün sərhəd yaxınlığında cəsədlərin məhkəmə-tibbi ekspertizası aparacağı gözlənilir.