...

Avropa liderlərinin Ukrayna ilə bağlı görüşləri daha tez-tez keçiriləcək – Hakan Fidan

Dünya xəbərləri Materials 3 Mart 2025 04:25 (UTC +04:00)
Avropa liderlərinin Ukrayna ilə bağlı görüşləri daha tez-tez keçiriləcək – Hakan Fidan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa liderləri Ukrayna və Avropa təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün iki-üç həftədən bir görüş keçirə bilərlər.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Londonda Ukrayna üzrə Avropa liderlərinin görüşünün yekunlarına dair açıqlamasında bildirib.

"Avropa liderləri tədbirləri və həll yollarını müzakirə etmək üçün bir araya gəliblər. Onlar texniki qruplarına problemin həlli yollarını axtarmaq səlahiyyəti veriblər. Gələcəkdə bu görüşlər davam edəcək. Anladığımız kimi, artıq altı ayda bir və ya iki ayda bir deyil, iki-üç həftədən bir keçiriləcək", – deyə Fidan vurğulayıb.

Türkiyənin baş diplomatı əlavə edib ki, ABŞ-nin son həftələrdəki siyasəti Avropa liderləri arasında, xüsusən Ukrayna və ümumi Avropa təhlükəsizliyi ilə bağlı suallar yaradıb.

“Bu mövzu açıq şəkildə müzakirə olunur. Biz də bu prosesləri diqqətlə izləyirik. Ukrayna ilə bağlı sülh sazişinin olub-olmayacağını, Avropanın yeni təhlükəsizlik arxitekturasına sahib olub-olmayacağını birlikdə görəcəyik", – Fidan bildirib.

Nazir həmçinin Ukraynada dərhal atəşkəsin əldə ediləcəyinə və bunun daimi sülh razılaşması ilə nəticələnəcəyinə ümid etdiyini qeyd edib. Bununla belə, o vurğulayıb ki, müxtəlif ölkələrin bu məqsədə çatmaq üçün fərqli yanaşmaları var.

Xəbər lenti

Xəbər lenti