Bakı. Trend:
Ukrayna sülhə gedən yolda ABŞ-nin dəstəyinə ümid edir.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
"Biz tərəfdaşlarla işləməyə davam edirik. Artıq danışıqlar aparılıb və qarşıda yeni addımlar var. Bu müharibəni mümkün qədər tez bitirmək üçün diplomatiyamızın həqiqətən dolğun olması çox vacibdir", - deyə o qeyd edib.
V. Zelenski vurğulayıb ki, ölkəyə əsl sülh lazımdır və bunu ən çox ukraynalılar istəyir:
"Çünki müharibə şəhərlərimizi, qəsəbələrimizi viran qoyur. Biz xalqımızı itiririk. Biz müharibəni dayandırmalı və təhlükəsizliyi təmin etməliyik. Biz Amerika və Avropa tərəfdaşları ilə birlikdə işləyirik və sülh yolunda ABŞ-nin dəstəyinə çox ümid edirik. Mümkün qədər tez sülh lazımdır", - deyə o əlavə edib.