...

Yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər - Simonyan Azərbaycanla münasibətlər haqda

Dünya xəbərləri Materials 4 Mart 2025 17:11 (UTC +04:00)
Yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər - Simonyan Azərbaycanla münasibətlər haqda
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər.

Trend erməni KİV-lərə xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan-Ermənistan münasibətlərini şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

"Hər şey o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər", - o bildirib.

O bildirib ki, müzakirə edilən kommunikasiyaların açılması məsələsinin ətrafında bir çox xəbər və yeniliklər ola bilər.

"Məsələn, Azərbaycana cavabımız bu həftə ərzində ola bilər", - A.Simonyan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti