Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi yeni raket əleyhinə müdafiə sisteminin yaradılması planlarını ayın sonuna qədər ölkə rəhbərliyinə təqdim edəcək.
Trend xəbər verir ki, bunu Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi forumda çıxış edən ABŞ Kosmik Qüvvələrinin komandanının müavini general Maykl Qetleyn deyib.
Onun sözlərinə görə, yeni raket əleyhinə müdafiə sisteminin yaradılması planlaşdırma mərhələsindədir.
“Ayın sonuna qədər ideyalarımızı Ağ Evə təqdim etməliyik. Arxitekturanın müzakirəsinə çox vaxt sərf edirik", - deyən general qeyd edib ki, "təhlükədən asılı olaraq" yeni raketdən müdafiə sisteminin strukturunu dəyişdirmək bacarığına sahib olmaq lazımdır.
O, həmçinin qeyd edib ki, yeni raketdən müdafiə sisteminin “idarə edilməsinin” necə həyata keçiriləcəyini və onun işinə hansı strukturların daxil ediləcəyini müəyyən etmək lazımdır. Bundan əlavə, Kosmik Qüvvələrin komandanı müavininin sözlərinə görə, bu sistemin yaradılması üçün “hansı silahlar tələb olunacaq” sualı yaranır.