...

ABŞ və Ukrayna arasında danışıqlarda irəliləyiş var - Zelenski

Dünya xəbərləri Materials 6 Mart 2025 06:51 (UTC +04:00)
ABŞ və Ukrayna arasında danışıqlarda irəliləyiş var - Zelenski
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Vladimir Zelenski, çərşənbə gecəsi ABŞ və Ukrayna arasında aparılan danışıqlarda müsbət irəliləyiş olduğunu bildirib.

Trend xəbər verir ki, hər iki tərəf qarşıdan gələn görüş üzərində işləməyə başlayıb.

Zelenski gecə çıxışından sonra X sosial şəbəkəsində yazıb ki, onun aparat rəhbəri Andrey Yermak ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ilə telefon danışığı aparıb. Onun sözlərinə görə, danışıqların nəticələri gələn həftənin əvvəlində məlum ola bilər.

Yermak da telefon danışığını təsdiqləyərək bildirib: "Mən ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ilə danışdım və ədalətli, davamlı sülhə doğru atılacaq gələcək addımları müzakirə etdik."

Zelenski əlavə edib ki, cümə axşamı Brüsseldə keçiriləcək Aİ sammiti ərəfəsində Ukrayna aktiv diplomatik təmaslar aparıb. O, Hollandiya, Portuqaliya, Sloveniya və Almaniya liderləri ilə danışdığını və onlara dəstəklərinə görə təşəkkür etdiyini bildirib.

Bu danışıqlar, ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmasından sonra baş verir.

Xəbər lenti

Xəbər lenti