Bakı. Trend:
Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının Latakiya şəhərində növbəti hücum cəhdinin qarşısını alıb.
Trend-in məlumatına görə, bu barədə Suriyanın "SANA" agentliyi mənbəyə istinadən xəbər verib.
"Şəhərdəki qüvvələrimiz Əsəd döyüşçülərinin Daxili Təhlükəsizlik İdarəsinə növbəti hücumunun qarşısını ala bilib, hücum edənlərdən biri zərərsizləşdirilib, üçü həbs edilib", - deyə bildirilib.