...

Son iki ay ərzində Qəzzada 130-dan çox fələstinli qətlə yetirilib - KİV

Dünya xəbərləri Materials 12 Mart 2025 12:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsraillə HƏMAS arasında atəşkəslə bağlı sazişin qüvvəyə mindiyi vaxtdan (19 yanvar) bəri azı 137 fələstinli qətlə yetirilib.

Trend xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı Fələstin anklavının mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumata əsasən, ölüm hallarının 52-si Rəfah şəhərində qeydə alınıb.

Xatırladaq ki, yanvar ayının ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada atəşkəs rejiminin tətbiq olunması və əsirlərin azad edilməsi lə bağlı razılığa gələrək, Doha sazişini bağlayıblıar. Sazişin gerçəkləşdirilməsinin birinci mərhələsi martın 1-də yekunlaşıb. Onun çərçivəsində İsrailə 42 gün ərzində 33 əsir qaytarılıb.

Martın 2-dən etibarən isə İsrail HƏMAS-ın ABŞ xüsusi səfiri Stiven Uitkoffun planın qəbul etməməsinə cavab olaraq Qəzzaya humanitar yardım tədarükünü bloklayıb və Qəzzanın bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti