Bakı. Trend:
Gürcüstanın Tbilisi şəhər məhkəməsi ölkənin sabiq prezidenti Mixayil Saakaşvilini 3,2 milyon dollardan çox məbləğdə dövlət vəsaitinin talan edilməsi ilə bağlı işdə təqsirli bilinərək, onu doqquz il müddətinə azadlıqdan məhrum edib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, hökmü hakim Badri Koçlamazaşvili oxuyub. Qərara əsasən eyni zamanda, Saakaşvilinin mühafizəsinin keçmiş rəisi Teymuraz Canaşiya təqsirli bilinsə də, hakim onu 3 min lari (təxminən 1830 AZN) məbləğində cərimələməklə kifayətlənib.
Qeyd edək ki, Saakaşvili hökmün oxunduğu iclasda iştirak etməyib və video-konfrans vasitəsilə belə qoşulmayıb.