Bakı. Trend:
ABŞ-nin cənub-qərb və cənub ştatlarında silsiləvi tornadolardan həlak olanların sayı 40 nəfərə çatıb.
Trend xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Qasırğa ən çox Missuri ştatında itkilərə səbəb olub. Adıçəkilən ştatda azı 12 nəfərin həyatını itirdiyi bildirilir.
Şiddətli külək Texas və Kanzas şəhərlərində qum fırtınaları ərsəyə gətirib. Nəticədə, avtomobil yollarında məhdud görünməyə görə nəqliyyat müvəqqəti iflic olub.
Ekstremal hava şəraiti 100 milyondan çox insanın yaşadığı Oklahomada 150-ə yaxın meşə yanğını ocağının meydana gəlməsinə səbəb olub. İnsan itkiləri, eyni zamanda, Akanzas, Alabama və Missisipi ştatlarında qeydə alınıb.
xxx
03:13
ABŞ-də baş verən qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Cənub və Orta Qərbdə bir çox ştatı vuran şiddətli tornado və tufanları fəal şəkildə izləyirik - 36 günahsız insan həlak olub", - deyə o bildirib.
Amerika KİV-lərinin məlumatına əsasən, təbii fəlakət nəticəsində Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləri həlak olublar.