...

ABŞ-də doğum rekord səviyyədə aşağı düşüb

Dünya xəbərləri Materials 18 Mart 2025 15:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də 2023-cü ildə yeni doğulan körpələrin sayı son 40 ildə ən aşağı səviyyəyə düşüb.

Trend xəbər verir ki, bu barədə Amerikanın Milli Səhiyyə Statistikası Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, Birləşmiş Ştatlarda 3,5 milyon uşaq dünyaya gəlib ki, bu da 2022-ci ilin statistikası ilə müqayisədə 2 faiz azdır.

Ümumi doğum əmsalı (bir qadının payına həyatı boyu düşən uşaq sayı) 2023-cü ildə isə 2 faiz aşağı – 1,62 düşüb. 2022-ci ildə bu əmsal 1,66 təşkil edirdi. Bu, hesablamaların başladığı 1930-cu illərdən bəri minimal səviyyə hesab olunur.

Qeyd edək ki, ABŞ-də müxtəlif faktorlarla əlaqədar doğum əmsalı hər il 2% aşağı düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti