Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidentinin adına aydınlıq gəlib.
Trend xəbər verir ki, BOK-un Yunanıstanda keçirilən 144-cü sessiyasında Kirsti Koventri (Zimbabve) qurumun rəhbəri seçilib.
O, komitəyə rəhbərlik edəcək ilk qadın olacaq. Kirsti Afina-2004 Olimpiadasının üzügüçülük yarışlarında qızıl medal qazanıb.
Zimbabveli mütəxəssis bu vəzifədə Tomas Baxı əvəzləyəcək. Koventri vəzifəsinin icrasına iyunun 24-də başlayacaq.