...

İranda 4,6 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 21 Mart 2025 06:11 (UTC +04:00)
İranda 4,6 bal gücündə zəlzələ olub

Bakı. Trend:

İranın cənubundakı Buşəhr ostanında 4,6 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:13-də (Bakı vaxtı ilə 02:43) Buşəhr şəhərindən 163 km cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 20 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti