...

Fransadan Türkiyə limanlarına 230 min tondan çox yük daşınıb

Dünya xəbərləri Materials 21 Mart 2025 14:42 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin yanvar-fevral aylarında Fransadan Türk limanlarına 234 min 548 ton yük daşınıb.

Trend xəbər verir ki, Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Fransadan Türkiyə limanlarına 62 min 531 ton yük daşıyıb.

“Bu ilin yanvar-fevral aylarında Fransadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 172 min 17 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Fransadan Türkiyəyə Fransa bayrağı ilə üzən gəmilərlə yük çatdırılmayıb.

2025-ci ilin yanvar-fevral aylarında İrandan Türkiyə limanlarına 4 min 58 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30 milyon 855 min 73 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 494 min 852 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.

2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti