...

Ermənistan 2027-ci ildə yeni konstitusiya üçün səsvermə keçirməyi planlaşdırır

Dünya xəbərləri Materials 22 Mart 2025 00:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni konstitusiyanın qəbulu üçün səsvermə Ermənistan 2027-ci ildə keçirilə bilər.

Trend xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Paşinyanın sözlərinə görə, hakimiyyət konstitusiya dəyişikliklərini siyasi gündəliyinin bir hissəsi kimi nəzərdən keçirir.

“Hökumət daxilində bu prosesi 2026-cı il parlament seçkiləri ilə paralel aparmaq fikri də müzakirə olunur”, - o bildirib.

O, konstitusiya islahatlarının daxili siyasi proses olduğunu vurğulasa da, bunun regional və qlobal təsirləri ola biləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti