Bakı. Trend:
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu Yer kürəsini 2025-ci ilin əvvəlindən bəri ən güclü maqnit qasırğasının bürüdüyünü açıqlayıb.
Trend "İzvestiya"ya istinadən xəbər verir ki, qasırğadan öncə Günəşdə güclü partlayış baş verib və martın 23-ü axşam saatlarına doğru geomaqnit aktivliyin daha da artacağı gözlənilir. Alimlərin sözlərinə görə, bu hadisə Yer sahəsində dalğalanmalara səbəb ola bilər ki, bu da insanların əhvalına mənfi təsir göstərə bilər.
Maqnit qasırğasının bazar ertəsi günorta saatlarına qədər zəifləyəcəyi proqnozlaşdırılır.