Bakı. Trend:
Almaniya İnkişaf Bankı ("KfW Bank") Misirin Elektrik Nazirliyinə təmiz enerji keçidi layihələrini maliyyələşdirmək məqsədilə 52 milyon avro dəyərində maliyyə yardımı ayırmağı planlaşdırır.
Trend “əl-Arabiyyə” telekanalına istinadən xəbər verir ki, bu maliyyə dəstəyi 2022-ci ilin noyabr ayında Şarm əl-Şeyx şəhərində keçirilən COP27 çərçivəsində Misir hökuməti ilə Almaniya Bankı arasında imzalanmış razılaşma əsasında həyata keçiriləcək.
Razılaşmaya əsasən, Misirə 266 milyon avro məbləğində maliyyə yardımı ayrılacaq. Bu məbləğin 162 milyon avrosu qrant şəklində, 104 milyon avrosu isə güzəştli inkişaf krediti olaraq təmin ediləcək.
Məlumatda bildirilir ki, Misir bu çərçivədə artıq 214 milyon avro alıb, vəsait elektrik stansiyalarının və xətlərin qurulmasına yönəldiləcək. Həmçinin, inkişaf krediti ekoloji dost layihələrə yönəlir və faiz dərəcəsi 1%-dən yuxarı olmayacaq, ödəniş müddəti isə 20 ilə qədər nəzərdə tutulur.
Misir hökuməti təmiz enerji keçidini sürətləndirməyi və yeni enerji mənbələrinin payını 2030-cu ilə qədər 23%-dən 40%-ə çatdırmağı hədəfləyir.