Bakı. Trend:
Aprelin 2-dən ABŞ Venesueladan neft və ya qaz alan ölkələrin mallarına 25 faiz rüsum tətbiq edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Venesueladan neft və/və ya qaz alan hər bir ölkə ABŞ-yə ölkəmizlə etdiyi hər hansı ticarətdə 25 faiz rüsum ödəməli olacaq", - deyə o bildirib.
Amerika liderinin sözlərinə görə, Vaşinqton bu addımı bir sıra səbəblərə, o cümlədən Venesuela mühacir adı altında ABŞ-yə “on minlərlə cinayətkarı” göndərilməsinə görə atır.