...

Cənubi Koreyada meşə yanğınları nəticəsində azı 24 nəfər həyatını itirib

Dünya xəbərləri Materials 26 Mart 2025 23:38 (UTC +04:00)
Cənubi Koreyada meşə yanğınları nəticəsində azı 24 nəfər həyatını itirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın cənub-şərqində baş verən meşə yanğınları nəticəsində azı 24 nəfər həyatını itirib.

Trend Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, yanğınların söndürülməsi üçün onlarla helikopter, 5 minə yaxın canlı qüvvə və 560-a yaxın texnika səfərbər edilib.

Güclü külək və quru hava şərtləri yanğınların nəzarət altına alınmasını çətinləşdirib. Hazırda yanğın 17 min hektar meşə sahəsini və 209 evi məhv edib. Bundan əlavə, yanğın 681-ci ildə tikilmiş qədim Kounsa məbəd kompleksini də dağıdıb.

Cənubi Koreya prezidenti vəzifəsini icra edən Han Dok Su meşə yanğınlarını ölkənin tarixindəki ən dəhşətli hadisələrdən biri kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti