Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetin istefa verməli olduğu fikrini rədd edib.
Trend xəbər verir ki, məsələ Yəmənə qarşı Amerika silahlı qüvvələrinin zərbələri ilə bağlı məlumatların “Signal” mesencerində sızması qalmaqalı ilə bağlıdır.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Heqset öz vəzifəsini layiqincə yerinə yetirir və istefa üçün heç bir əsas yoxdur.
"Heqset öz işini əla yerinə yetirir. Onun buna heç bir aidiyyəti yoxdur. Siz Heqseti buna necə bağlayırsınız? Onun buna heç bir aidiyyəti yoxdur. Bu, əcinnə ovudur", – Tramp vurğulayıb.