Bakı. Trend:
Misir nümayəndə heyəti keçid dövrü çərçivəsində fələstinli məhbusların əvəzində israilli girovların azad edilməsi ilə bağlı məsləhətləşmələri davam etdirmək üçün Dohaya gedib.
Trend-in məlumatına görə, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı xəbər verib.
Məlumata əsasən, nümayəndə heyətinə ölkənin təhlükəsizlik qüvvələrinin yüksək rütbəli məmurları daxildir.
Onların Qətərli həmkarları ilə Qəzzaya humanitar yardımın çatdırılmasının bərpası məsələsini də müzakirə edəcəyi gözlənilir.