...

Mask X-i süni intellekt şirkətinə satıb

Dünya xəbərləri Materials 29 Mart 2025 08:08 (UTC +04:00)
Mask X-i süni intellekt şirkətinə satıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı biznesmen, ABŞ Prezidenti Donald Trampın baş müşaviri İlon Mask sosial media şirkəti olan X-i süni intellekt şirkəti olan xAI-yə satdığını elan edib.

Trend xəbər verir ki, satış 33 milyard dollara başa gəlib.

"xAI və X-in gələcək perspektivləri bir-birinə bağlıdır. Bu gün biz rəsmi olaraq məlumatları, modelləri, hesablamaları, paylanmanı və bacarığı birləşdirmək üçün bu addımı atdıq. Bu birləşmə xAI-nin qabaqcıl süni intellekt qabiliyyəti vasitəsilə X-in geniş əhatə dairəsinə çatması üçün böyük imkan açacaq”,- deyə Mask bildirib.

Xəbər lenti

Xəbər lenti