Bakı. Trend:
HƏMAS Qəzza zolağında Ramazan bayramı müddətində atəşkəs üçün bir neçə girovu azad edə bilər.
Trend xəbər verir ki, bu barədə İsrail KİV-ləri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, HƏMAS hərəkatı bir neçə girovu, o cümlədən ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksanderi bayram zamanı atəşkəs müqabilində azad etməyə hazırdır.
Qeyd edilir ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub və bununla da yanvarda müəyyən edilmiş atəşkəs rejimini pozub.