Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs şərtlərini danışıqlarda vasitəçilik edən Misir və Qətərin təklifi əsasında qəbul edib.
Trend xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayiyə istinadən məlumat yayıb.
"HƏMAS müsbət cavab verdi. Misir və Qətərin bu ərazidə hərbi əməliyyatları dayandırmaq təklifini qəbul etdi", – əl-Haya bildirib.
Atəşkəsin detalları açıqlanmasa da, bir neçə İsrail media orqanı razılaşma çərçivəsində beş israilli məhbusun azad ediləcəyini iddia edib.