Bakı. Trend:
Mərakeş kralı yüzlərlə məhbusu əfv edib.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Mərakeş Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Mərakeş Kralı VI Məhəmməd terrorizm və ekstremizm cinayətlərinə görə məhkum edilmiş 31 nəfər də daxil olmaqla, 1 533 məhbus barəsində Ramazan bayramı münasibətilə əfv qərarı verib.
Qeyd edilir ki, Mərakeşdə konstitusiyanın 58-ci maddəsinə uyğun olaraq, milli və ya dini bayram günlərində müxtəlif cinayətlərə görə məhkum olunmuş məhbuslar üçün amnistiya qərarı verilə bilər.