...

Zelenski və Starmer arasında telefon danışığı baş tutub

Dünya xəbərləri Materials 1 Aprel 2025 00:58 (UTC +04:00)
Zelenski və Starmer arasında telefon danışığı baş tutub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, tərəflər ləyaqətli sülhə nail olmaq üçün addımların əlaqələndirilməsini və ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Zelenski, həmçinin avropalı parlamentarilərin Ukraynaya səfəri barədə Starmeri məlumatlandırıb və Böyük Britaniya İcmalar Palatasının sədri Lindsi Hoylun nümayəndə heyətində iştirakına görə xüsusi təşəkkürünü bildirib.

Starmer, həmçinin ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışığının təfərrüatlarını bölüşüb. Onlar Paris görüşünün nəticələrini və Rusiya lideri Vladimir Putinə təzyiqin davam etdirilməsinin vacibliyini müzakirə ediblər.

Görüş zamanı bu həftənin sonunda Ukraynada planlaşdırılan toplantıya hazırlıq da müzakirə olunub

Xəbər lenti

Xəbər lenti