Bakı. Trend:
Avropa Komissiyası Süni İntellektin (Sİ) hazırlanması ilə bağlı qaydaların optimizasiyası məqsədilə plan hazırlayıb. Planın məqsədi Sİ-ni ABŞ rüsumlarına uğyunlaşmağa çalışan şirkətlər üçün daha əlverişli etməkdir.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Brüsselin “Continent Aİ” adlı yeni proqramına əsasən, Avropa İttifaqı ABŞ və Çinlə rəqabətdə Avropalı şirkətlərə maneələr yaradan əngəlləri aradan qaldırmaqdır.
Yeni proqramda “Avropa İttifaqının süni intellekt haqqında qanununa və rəqəmsal qanunvericiliyin digər müddəalarına qarşı çıxan iri texnologiya şirkətləri və süni intellekt sahəsində liderlərin səsləndirdiyi narahatlıqları nəzərə alınıb.