...

ABŞ Yaponiyaya yüksək texnologiyalı kəşfiyyat dronlarını göndərəcək

Dünya xəbərləri Materials 8 Aprel 2025 10:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-yə məxsus “MQ-4C Triton” kəşfiyyat təyinatlı pilotsuz uçan aparatlar (PUA) qeyri-müəyyən müddətə Birləşmiş Ştatların Yaponiyanın Okinava adasındakı hərbi hava bazasına yerləşdiriləcək.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bunda məqsəd Şərqi-Çin dənizinin Yaponiyaya aid akvatoriyasında məlumat toplanması imkanlarını genişləndirməkdir.

"MQ-4C Triton" – ABŞ Hərbi Dəniz Qüvvələri üçün Northrop Grumman tərəfindən hazırlanmış yüksək hündürlükdə və uzun müddətli uçuş qabiliyyətinə malik pilotsuz uçuş aparatıdır. RQ-4 Global Hawk platforması əsasında yaradılan Triton geniş okean ərazilərində dəniz müşahidəsi və kəşfiyyat missiyaları üçün nəzərdə tutulub.

Təxminən 15 metr uzunluqda olan “MQ-4C Triton” kəşfiyyat dronu 24 saat ərzində 18 min metrdən artıq yüksəklikdən kəşfiyyat məlumat toplaya bilir. Onun möhkəm konstruksiyası buzlaşmaya qarşı sistemləri və gücləndirilmiş qanadları ilə sərt hava şəraitinə dözməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti