Bakı. Trend:
Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) liderləri BMT-nin baş katibi vəzifəsinin Latın Amerikası və Karib hövzəsi ölkələrindən birinin vətəndaşı tərəfindən tutulmasına tərəfdardır.
Trend-in məlumatına görə, bu barədə Tequsiqalpada yekunlaşan IX CELAC Sammitinin yekunları üzrə qəbul edilmən Tequsiqalpa Bəyannaməsində deyilir.
"[CELAC-a üzv ölkələrin liderləri] Latın Amerikası və Karib hövzəsi dövlətlərindən birinin vətəndaşının Birləşmiş Millətlər Təşkilatının Baş Katibi vəzifəsini tutmasının vaxtında və məqsədəuyğun olacağına dair ümumi qənaətlərini bir daha təsdiqləyirlər", - deyə sənəddə qeyd olunub.
Eyni zamanda, CELAC xatırladıb ki, “bu günə qədər bu vəzifədə çalışan doqquz BMT baş katibindən yalnız biri [Latın Amerikası] regionundan bir dövlətin nümayəndəsi olub və bu vəzifəni heç vaxt qadın tutmayıb”.