Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikada keçirilən G20 tədbirində Amerika nümayəndə heyətinin iştirakını sual altına alıb.
Trend xəbər verir ki, dövlət başçısı bu barədə Truth Social platformasında paylaşım edib.
“Əsas müzakirə mövzusu torpaqların müsadirəsi və soyqırımı olduğu halda, bizdən Cənubi Afrikaya çox vacib G20 görüşünə getməyimizi necə gözləmək olar? Onlar ağ fermerlərin torpaqlarını alır və sonra onları və ailələrini öldürürlər. Media isə bu barədə danışmaqdan imtina edir. Birləşmiş Ştatlar artıq Cənubi Afrikaya bütün yardımları dayandırıb. G20-də olmaq istədiyimiz yer burasıdır? Mən belə düşünmürəm”, – Tramp yazıb.
Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl – fevralın 7-də, Cənubi Afrikada ağdərili əhaliyə qarşı irqi ayrı-seçkilik olduğunu əsas gətirərək bu ölkəyə maliyyə yardımını dayandırmaq barədə sərəncam imzalamışdı.