...

ABŞ-də qubernatorunun iqamətgahını yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 Aprel 2025 02:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hüquq-mühafizə orqanları Pensilvaniya ştatının qubernatoru Coş Şapironun iqamətgahında yanğın törətməkdə şübhəli bilinən şəxsi – Kodi Balmeri həbs ediblər.

Trend xəbər verir ki, bu barədə bazar günü NBC News məlumat yayıb.

O, adam öldürməyə cəhd, qəsdən yandırma, terror aktı və qrup şəxsə hücum kimi ciddi ittihamlarla üzləşəcək. Hücumun motivləri hələlik açıqlanmayıb.

Xatırladaq ki, Coş Şapiro daha əvvəl hadisə barədə açıqlama verərək, gecə saatlarında onun iqamətgahında yanğın törədildiyini, özünün və ailə üzvlərinin təhlükəsiz şəkildə təxliyə edildiyini və xəsarət alan olmadığını bildirmişdi. Yanğın qısa müddətdə nəzarət altına alınıb.

XXX

22:35

Bazar günü gecə naməlum şəxs Amerikanın Pensilvaniya ştatının qubernatoru Coş Şapironun iqamətgahında yanğına səbəb olub.

Trend xəbər verir ki, bu barədə Coş Şapiro şəxsi X hesabında paylaşım edib.

"Gecə saat 2-də ailəm və mən Pensilvaniya polisinin Harrisburqdakı qubernatorun iqamətgahını yandıran kimi qapımızı döyən səsi ilə oyandıq", – deyə Şapiro bildirib.

Hadisə nəticəsində guvernator və ailəsi təhlükəsiz şəkildə iqamətgahdan təxliyə olunub. Xəsarət alan olmayıb, yanğın qısa müddətdə söndürülüb.

Hazırda hücum edənin kimliyi və motivləri barədə rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti