Bakı. Trend:
ABŞ-nin Çinə təsir göstərmək üçün əhəmiyyətli və əsaslı rıçaqları var. İlk növbədə, biz bu ölkənin bütün inkişafını və sənayeləşməsini faktiki olaraq maliyyələşdiririk
Trend xəbər verir ki, bunu Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller “Fox News” telekanalına müsahibəsində danışıb.
O, əlavə edib ki, Vaşinqtonun Çin üçün həyati əhəmiyyət daşıyan digər təsir vasitələri də mövcuddur: “Bu məsələyə dərinliyinə varmaq istəmirəm, lakin Çin təhlükəsizliyi baxımından ABŞ-a ehtiyac duyduğu bir çox vacib məsələlər mövcuddur. Bu baxımdan Çin üçün deeskalasiya yolunu seçmək daha ağıllı addım olardı”.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən idxal edilən mallara gömrük rüsumları tətbiq ediləcəyini bəyan etmişdi. Aprelin 9-da isə Tramp danışıqlara hazır olduqlarını bildirən 75 ölkəyə qarşı tariflərin artırılmasını 90 gün müddətinə dayandırdığını açıqlamışdı. Həmin ölkələrə 10 faiz həcmində idxal rüsumları tətbiq olunacaq.