...

BƏƏ-də bir neçə otelin ərazisinə neft yayılıb

Dünya xəbərləri Materials 14 Aprel 2025 18:38 (UTC +04:00)
BƏƏ-də bir neçə otelin ərazisinə neft yayılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliyində bir neçə otelin ərazisinə neft təbəqəsi yayılıb

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, xarici turistlər dənizdən beş kilometr uzaqlıqdan belə kəskin neft qoxusunun gəlməsindən şikayətlənirlər. Neft təbəqəsi Novotel Fujairah, Al Bahar Hotel & Resort və Ibis Fujairah otelllərin ərazisində sahil boyunca yayılıb.

Ərəb Əmirliklərində istirahət edən insanların dediyinə görə, dənizin önündəki “qızıl qumlarda” demək olar ki, heç kimə rast gəlmək olmur.

Qeyd olunur ki, çimərliklərin təmizlənməsinə cümə günündə başlanılsa da, sonradan dalğalar dənizdən yeni mazut təbəqələrini gətirib. Sahillərin təmizlənməsi işlərinin azı bir neçə gün çəkəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti