...

Almaniyanın ABŞ-a ixracı kəskin artıb

Dünya xəbərləri Materials 16 Aprel 2025 04:07 (UTC +04:00)
Almaniyanın ABŞ-a ixracı kəskin artıb

Bakı. Trend:

Almaniyanın ABŞ-a ixracı ötən il son 20 ilin rekord səviyyəsinə çatıb.

Trend xəbər verir ki, bu, Federal Statistika İdarəsinin hesabatında əksini tapıb.

Almaniyanın ABŞ-a ixracı keçən il 161,3 milyard avroya çatıb ki, bu da ölkənin ümumi ixracatının 10,4 faizini təşkil edir və 2002-ci ildən bəri ən yüksək göstəricidir. İxracatda əczaçılıq sahəsi ilk sırada yer alıb. Almaniyanın dərman ixracının 23,8 faizi (27 milyard avro) ABŞ-ın payına düşür. Hava və kosmik nəqliyyat vasitələri (17,1 faiz, 5,8 milyard avro), optika və fotoqrafiya məhsulları (14,9 faiz, 11,8 milyard avro) da ABŞ bazarına xüsusi çəkiyə malik olub. Bundan başqa, Almaniyadan ixrac olunan immunoloji məhsulların 34,4 faizi, mühərriklərin və qaz turbinlərinin 25,6 faizi ABŞ bazarına göndərilib.

ABŞ-dan Almaniyaya idxal isə bu ölkənin ümumi idxalının 7 faizini təşkil edib. ABŞ Çin və Niderlanddan sonra Almaniyanın üçüncü ən böyük təchizatçısı olub. İdxalın ümumi dəyəri keçən il 91,5 milyard avro təşkil edib.

Ötən il Almaniyanın ABŞ ilə xarici ticarət dövriyyəsi 252,8 milyard avro olub. Bununla da Birləşmiş Ştatlar 2015-ci ildən sonra ilk dəfə Almaniyanın ən vacib ticarət tərəfdaşı olub. İkinci yeri 246,3 milyard avro ilə Çin tutub. ABŞ ilə ticarət keçən il 0,1 faiz artdığı halda, Çin ilə ticarət 3,1 faiz azalıb. Çin 2016-2023-cü illərdə hər il Almaniyanın ən böyük ticarət tərəfdaşı olub.

Xəbər lenti

Xəbər lenti