Bakı. Trend:
Finlandiya hökuməti Rusiya ilə sərhədin qeyri-müəyyən müddətə bağlı saxlamağa qərar verib.
Trend xəbər verir ki, bu barədə Finlandiyanın nazirlər kabinetinin rəsmi saytında bəyanat yayılıb.
“Hökumət ölkənin şərq sərhədindəki keçid məntəqələrini bağlı saxlamaq niyyətini təsdiqləyib. 16 aprel 2025-ci il tarixində hökumət sərhə buraxılış məntəqələrinin bağlı saxlanılması və sığınacaq üçün ərizə qəbulunun mərkəzləşdirilməsinə dair qərar çıxarıb” - sənəddə qeyd olunur.