...

Almaniya 1945-ci ildən bəri ilk dəfə xaricdə daimi hərbi kontingent yerləşdirib

Dünya xəbərləri Materials 16 Aprel 2025 22:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkə hüdudlarından kənarda – Litvada, Belarus və Kalininqrad vilayəti ilə sərhədə yaxın ərazilərdə yerləşən Rudninkay və Kazlu-Ruda poliqonlarında hərbi kontingent yerləşdirib.

Trend xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, təlim zonalarının əhatə dairəsi təxminən üç dəfə genişlənib. Sözügedən hər iki poliqonun sovet keçmişi var: Rudninkay 1993-cü ildə bağlansa da, artan geosiyasi gərginlik fonunda yenidən fəaliyyətə başlayıb. Kazlu-Ruda isə 1970-ci illərdən bəri təlim bazası kimi istifadə olunur və hazırda Kalininqraddan 50–60 km məsafədə yerləşən atıcılıq tirinə malikdir.

2027-ci ilə qədər bu bölgədə Almaniya Silahlı Qüvvələrinin – Bundesverin 5000 hərbçidən ibarət zirehli briqadasının daimi yerləşdirilməsi planlaşdırılır. Hazırda Litvada 150 alman əsgəri xidmət edir və 2025-ci ilin sonuna qədər bu sayın 500-ə çatdırılması nəzərdə tutulur.

“Briqadanın əsas missiyası NATO-nun şərq cinahını qorumaqdır. Bu qərar regionda mövcud geosiyasi çağırışlara cavab olaraq verilib,” – Litva Müdafiə Nazirliyindən bildirilib.

Xəbər lenti

Xəbər lenti