...

Britaniya ordusunda elektromobillərdən istifadə qadağan edilib

Dünya xəbərləri Materials 17 Aprel 2025 09:29 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniyanın Müdafiə Nazirliyi strateji əhəmiyyətli, o cümlədən, məxfi obyektlərin və hərbi hissələrin ərazisinə Çin istehsalı olan detallardan ibarət elektromobillərin daxil olmasını qadağan edib.

Bu barədə Trend “Inews” portalına istinadən məlumat yayıb.

Nazirlik Çin istehsalı olan elektron cihazların informasiya toplanması üçün istifadə oluna biləcəyindən ehtiyat edir və buna görə, həmin qurumlarda çalışan əməkdaşları belə elektromobilləri strateji obyektlərdən azı 3 kilometr aralıda duracağa qoymaları barədə təlimatlandırıb.

Çin elektrik avtomobilləri ilə bağlı narahatlıqlar barədə məlumat dünyanın ən böyük casusluq obyektlərindən biri olan “Pathfinder”in yerləşdiyi Kral Hərbi Hava Qüvvələrinin bazasında çalışan əməkdaşlara verilmiş göstərişlərdən sonra üzə çıxıb.

Bu obyekt minlərlə analitik və vəzifəli şəxsin sutkalıq rejimdə kəşfiyyat məlumatlarını izlədiyi mərkəzdir. Həmçinin, bu bazada Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya tərəfindən yaradılmış kəşfiyyat məlumatlarının mübadiləsi üzrə alyansın qərargahı da yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti