...

ABŞ-də universitetdə atışma olub, 5 nəfər həlak olub

Dünya xəbərləri Materials 17 Aprel 2025 23:37 (UTC +04:00)
ABŞ-də universitetdə atışma olub, 5 nəfər həlak olub

Bakı. Trend:

ABŞ-nin Florida ştatında universitetdə baş verən atışma nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "WCTV" mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, şübhəli şəxs saxlanılıb və həbs edilib. Hadisə yerinə FTB başda olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, zərərçəkənlərin xəsarətlərinin ağırlıq dərəcəsi hələ də bəlli deyil.

Daha sonra telekanal məktəbdəki atışmadan sonra ən azı 6 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan beşinin vəziyyəti ağır, digərinin vəziyyəti isə kritikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti