Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi Texasda venesuelalılardan ibarət mühacirlərin deportasiyasını dayandırıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ali məhkəmə qərarında açıqlayıb ki, bu qərar Texasın şimalında saxlanılan Venesulalı mühacirlərə şamil olunur.
Ali Məhkəmənin hakim heyəti Blubonnet Təcridxanasında saxlanılan venesuelalıların növbəti məhkəmə qərara çıxana qədər deportasiya olunmaması ilə bağlı Tramp administrasiyasının üzərinə öhdəlik qoyub.
Məhkəmənin qərarı, Amerika Vətəndaş Azadlıqları İttifaqının şikayət ərizəsi əsasında çıxarılıb. Şikayətdə bildirilirdi ki, federal miqrasiya orqanları 1798-ci il tarixli “Xarici Düşmənlər Aktı”na əsaslanaraq miqrantların ABŞ-dən çıxarılmasını yenidən həyata keçirməyə çalışırlar.