Bakı. Trend:
Nigeriyanın iqtisadi mərkəzi olan Laqos şəhərində tikintisi hələ başa çatmamış çoxmərtəbəli bina uçub.
Trend xəbər verir ki, bu barədə "Vanguard" nəşri məlumat yayıb.
Hadisə aprelin 19-da səhər saatlarında şəhərin Ojodu rayonunda baş verib. Şahidlərin sözlərinə görə, dağıntılar altında çoxlu sayda insan qalıb. Onların arasında həm tikinti işçiləri, həm də təsadüfi yoldan keçənlər var.
Hazırda ərazidə intensiv axtarış-xilasetmə işləri aparılır.